Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 879 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 909, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1240, üç və daha çox doza vaksin vurduranların sayı 10 115, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 615 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 469 201, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 325 295, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 825 873, üç və daha çox doza vaksin vurduranların sayı 3 088 723, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 229 310 təşkil edir.