Ukrayna ordusu Çerniqov vilayətinin Mixail-Kotsyubinskoye qəsəbəsini Rusiya hərbçilərindən azad edib.
“Unikal” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə “Şimal” Operativ Komandanlığı məlumat yayıb.
Qəsəbə Çerniqovdan 17 km qərbdə, P56 magistral yolunda, vilayət mərkəzini Belarus, Ukrayna Çernobıl və Kiyev vilayətinin Slavutiç şəhəri ilə birləşdirən ərazidə yerləşir.