Rusiya Federasiyasının Ukraynaya silahlı əməliyyat nəticəsində 250-dən çox uşaq xəsarət alıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu öz Telegram kanalında məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya Federasiyasının Ukraynaya silahlı əməliyyatı başlayandan bəri Ukraynada 416-dan çox uşaq əziyyət çəkib:
“3 aprel 2022-ci il səhər saatlarına olan məlumata görə, müharibə qurbanları olan uşaqlarının rəsmi sayı dəyişməyib - 158 ölü. Yaralıların sayı isə artıb - onların sayı 258-dən çoxdur”.
Qeyd olunur ki, uşaqlardan ən çox Kiyevdə - 75, Donetskdə - 73, Xarkovda - 56, Çerniqovda - 47, Nikolayda - 32, Luqanskda - 31, Zaporojyedə - 22, Xersonda - 29, paytaxtda - 16, Sumidə - 16, Jitomirdə - 15 nəfər zərər çəkib.