Moskvada Rusiya Ordusunun Mərkəzi Akademik Teatrında baş tutan konsertdə ölüm hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, Sergey Trofimovun ifası zamanı bir nəfər pilləkənlərdən yıxılaraq ölüb.
Qeyd olunur ki, həyatını itirən şəxs səhnəyə çıxmaq qərarına gəlib. Bu zaman o, pilləkəndə büdrəyib, başı pilləkənin kandarına dəyib və yerindəcə ölüb.
İlkin məlumata görə, kişi sərxoş vəziyyətdə olub.
O, yıxılan zaman iki qadına da toxunub. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.