“Gürcüstan Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyəcək”.
"Unikal" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Gürcüstan hökuməti bu qərarla ölkənin və xalqın milli maraqlarını üstün tutur: “Mən ölkəmizin və xalqımızın mənafeyinə uyğun hərəkət edəcəyəm və bu qərarı heç kəs dəyişə bilməz. Ölkəmiz və xalqımızın maraqlarına uyğun siyasət aparacağam”.