Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiyaya məxsus "Su-34" qırıcısını vurub.

"Unikal"ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Baş Qərargah öz "Facebook" səhifəsində məlumat yayıb.

"Aprelin 3-də Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin zenit-raket qüvvələri Xarkov vilayətində daha bir Rusiyanın "SU-34" qırıcı-bombardmançı təyyarəsini vurub", - Baş Qərargahın məlumatında deyilir.

Hərbi idarə məhv edilmiş texnikanın fotolarını dərc edib.

Ağarza Elçinoğlu