Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşün əsas şərtini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu bardə "The Guardian" məlumat yayıb.
Ukrayna Prezidentinin sözlərinə görə, bu gün yüz minlərlə insanın ölümünün qarşısını almaq üçün müharibəni dayandırmaq üçün dialoqdan başqa başqa yol yoxdur.
"Yüz minlərlə, milyonlarla insanın ölməsini istəmiriksə, dialoqdan başqa yol yoxdur, amma atəşlər davam edərkən bir araya belə gələ bilmirəm. Ona görə də, əvvəlcə atəş dayandırılmalıdır. Onda görüş keçirə bilərik”, - Zelenski qeyd edib.
Ukrayna lideri qeyd edib ki, ilk növbədə tam atəşkəsə nail olmaq lazımdır: "Görülənlərdən sonra Rusiya ilə hansısa danışıqları necə apara biləcəyimizi söyləmək çətindir. Bu, şəxsi səviyyədədir. Amma bir Prezident kimi mən bunu etməliyəm".
Ağarza Elçinoğlu