Rusiya Silahlı Qüvvələri Kiyev vilayətindəki Vasilkov hərbi aerodromuna hücum edib.

"Unikal" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov jurnalistlərə bildirib.

Qeyd olunub ki, zərbə nəticəsində Ukrayna Hərbi Hava Qüvvələrinin Aviasiya və Hava Hücumundan Müdafiə üzrə Xəbərdarlıq və Nəzarət Mərkəzi sıradan çıxıb. Yüksək dəqiqliyə malik havadan buraxılan raketlərdən istifadə edildiyi vurğulanır.

Bundan başqa, Müdafiə Nazirliyi Nikolayev ətrafındakı Balovnoe aerodromunda aviasiya texnikasının dayanacağı və yanacaq anbarının dağıdılması barədə məlumat verib.

Ağarza Elçinoğlu