Goranboy rayonunun Səfikürd kəndində yanğın baş verib.

Bu barədə "Unikal" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. 

Bildirilib ki, Goranboy rayonunun Səfikürd kəndində ümumi sahəsi 64 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 32 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.