Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2014-cü ilin avqustunda dövlət başçısı seçildikdən bu günə qədər 175 dəfə xarici ölkələrə səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə “Haberler” saytı məlumat yayıb.
Qeyd olunub ki, Ərdoğan son 8 ildə ümumilikdə 81 ölkədə səfərdə olub. Bu müddət ərzində Türkiyə Prezidenti ən çox Rusiya (13 dəfə), Azərbaycan (11 dəfə) və ABŞ-a (9 dəfə) səfər edib.