Böyük Britaniya daha səkkiz rusiyalını sanksiyalar siyahısına əlavə edib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, “Kamaz”ın baş direktoru Sergey Koqoqin, “Alrosa”nın prezidenti Sergey İvanov və digər iri müəssisələrin rəhbərlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Bundan əlavə, sanksiyalar çərçivəsində "Sberbank" və Moskva Kredit Bankının aktivləri tamamilə dondurulacaq.
Böyük Britaniya, həmçinin Rusiya iqtisadiyyatına sərmayə qoyuluşunu, neft emalı avadanlığının bu ölkəyə ixracını, dəmir və poladdan hazırlanmış rus mallarının idxalını qadağan edib.