Aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü başa çatıb.
"Unikal" xəbər verir ki, görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb. Görüş 5 saata yaxın davam edib.
xxx
06/04/2022
23:59
Brüsseldə Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü davam edir.
"Unikal" xəbər verir ki, görüş Belçika vaxtı ilə saat 19:00 (Bakı vaxtı ilə saat 21:00) başlayıb.
xxx
21:24
Brüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü keçirilir.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüş işçi nahar formasında davam edəcək.