Bütün Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyev və Çerniqov ətrafından geri çəkilib.
"Unikal" xəbər verir ki, bu barədə Pentaqonun yüksək rütbəli rəsmisi məlumat yayıb.
"Kiyev və Çerniqov ətrafındakı rus qüvvələri Belarus və Rusiya torpaqlarında yenidən toplanmaq üçün bu iki bölgədən çəkilmə prosesini başa çatdırıblar", - rəsmi bildirib.
Hər iki bölgədən çıxarılan qoşunların 20 batalyon olduğunu deyən yüksək vəzifəli məmur, hazırda Rusiyanın Ukrayna ərazisində 80-dən çox batalyonunun olduğunu diqqətə çatdırıb. Rəsmi geri çəkilən rus əsgərlərinin sayı barədə dəqiq məlumat verməsə də, hər rus batalyonunun 800-dən 1000-ə qədər əsgərdən ibarət olduğunu ifadə edib.
Gülayə Mecid