Rusiyanın operativ-taktiki aviasiyası gün ərzində Ukraynada 34 hərbi obyekti məhv edib.

"Unikal"  “Ria Novosti“yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
General deyib ki, məhv edilən obyektlər arasında artilleriya batareyası, hərbi təchizat anbarları və hərbi texnika da yer alır.