Qazaxıstan bu il aprelin 11-dən Rusiya, Özbəkistan və Qırğızıstanla quru sərhəd-keçid məntəqələrinə qoyulan məhdudiyyətləri aradan qaldıracaq.
"Unikal" xəbər verir ki, bu barədə koronavirusun qarşısının alınması və yayılması üzrə idarələrarası komissiyanın iclasında bildirilib.
Qeyd olunub ki, Qazaxıstan dövlət sərhədinin hava yoluna dair bütün məhdudiyyətləri də aradan qaldırır.