Rusiyada təyyarə qəzası baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, MiQ-31 qırıcısı Leninqrad vilayətində qəzaya uğrayıb.
İlkin məlumata görə, hadisəyə texniki nasazlıq səbəb olub. Bildirilir ki, MiQ-31 planlı təlim uçuşu həyata keçirimiş. Hadisə yerinə axtarış-xilasetmə xidmətinin 3 Mi-8 helikopteri göndərilib.
Təyyarə boş sahəyə düşüb, dağıntılar olmayıb.