Rumıniya Xarici İşlər Nazirliyi bu ölkə vətəndaşlarının Rusiyaya səfərdən çəkinməsi ilə bağlı tövsiyə verib.

"Unikal" xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Rumıniya XİN bu qərarın mövcud geosiyasi kontekst və regionda təhlükəsizlik vəziyyətinin inkişafı nəzərə alınaraq qəbul edildiyini qeyd edib. Tövsiyələrə Avropa vətəndaşları üçün vizaların verilməsinə Rusiya Federasiyasının tətbiq etdiyi məhdudiyyətlər də təsir edib.

"Xarici İşlər Nazirliyi Rusiya ərazisinə, xüsusən də təhsil kimi uzun müddət qalma müddəti tələb edən fəaliyyətlər üçün zəruri olmayan bütün səfərlərdən çəkinmək üçün qəti tövsiyəsini yeniləyir", - Rumıniya XİN-in məlumatında deyilir.