İsrailin müdafiə naziri İsrael Kats Yəmən ilk dəfə olaraq Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda məhv edilməsində ölkəsinin iştirakını rəsmən tanıyıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, o, husi üsyançılarının liderlərini də hədələyib. 

“Biz Tehranda Haniyə, Qəzzada onun varisi Yəhya Sinvar və Livanda “Hizbullah” şiə təşkilatının rəhbəri Həsən Nəsrullahlaetdiyimiz kimi, onlara ciddi ziyan vuracağıq, strateji infrastrukturlarına zərər verəcəyik və liderlərini məhv edəcəyik”, – deyə Kats bildirib. 

Xatırladaq ki, Haniyə iyulun 31-də Tehranda öldürülüb. İsrail əvvəllər onun ölümündə iştirakını etiraf etməyib.