Abşeronda yük avtomobili yanıb.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xırdalan şəhərində "DAF" markalı qoşqulu yük avtomobilinin qoşqusuna yığılan 22 ton ağac kömürünün 0,5 tonu yanıb. Avtomobil, qoşqu və ağac kömürünün qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.