Tərtərdə mina partlayışı olub.

"Unikal" apa-ya istinadən xəbər verir ki, Goranboy rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu Tərtər rayonu Çaylı kəndi ərazisində qoyun otararkən minaya düşüb.

Xəsarət alan E. Həsənov Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Yaralının hər iki ayağının aşağı hissəsi travmatik amputasiya olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Tərtər rayonunun Çaylı kəndi ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu piyada əleyhinə mina partlaması nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.