Şəmkirdə idarəetməni itirən sürücü avtomobili kanala aşırıb.

DİN-in mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.

Kənd sakini Vüqar İsmayılov qəfildən sükana nəzarəti itirərək “Chery” markalı avtomobili kanala aşırıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.