"Beynəlxalq təşkilatlardan Ukrayna ilə bağlı daha çox fəallıq gözləyirik".
"Unikal" "TRT Haber"ə istinaədn xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə artıq beynəlxalq güclərin oyunlarının iştirakçısı yox, oyun quran dövlətdir: “Sülh və sabitliyin zəmanətçisi olduğumuzu hər yerdə hiss etdiririk. Əslində isə BMT və NATO bu işi görməlidir. Amma indi onların nə qədər uğurlu olduğu müzakirə edilir. Rusiya-Ukrayna müharibəsində də bu həqiqət bir daha məlum oldu. Böhranlar zamanı beynəlxalq təşkilatlardan daha çox fəallıq gözləyirik. Lakin bu olmasa belə, biz təşəbbüskarlıq etməkdən çəkinmirik”.