Kürdəmir rayonunun Sığırlı kəndində ümumi sahəsi 30 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqda kol-kosdan ibarət çəpər 30 p.m yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"a bildirilib ki, tövlənin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.