Şabranda bir nəfər kanalda batıb.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında bildirilib.
Xəbərə görə, aprelin 20-də nazirliyin "112" qaynar telefon xəttinə Vəlvələçay-Taxtakörpü kanalının Şabran rayonu, Vələsli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Şimal Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.