Ukrayna ilə Rusiya arasında növbəti dəfə əsirlərin mübadiləsi aparılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə müavini İrina Vereşçuk özünün “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, ikisi zabit olmaqla, Ukraynanın 10 nəfər hərbi əsiri və 9 dinc sakini azad olunub. Azad olunanlar arasında yaralılar da var.