Zaqatala Rayon Polis Şöbəsinə aprelin 13-dən 15-dək olan müddətdə Göyəm kəndi ərazisindəki məscidin nəzir qutusundan 300 manatın oğurlanması barədə müraciət daxil olub.
DİN-dən "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qandax kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Anar Osmanov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.