Bakıda intihara cəhdin qarşısı alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Nərimanov rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsindəki pəncərəyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.