Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin döşəməsi 10 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.