“Heç özüm də bilmədim ki, bu hadisə necə baş verdi. Çox əsəbi idim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş olmayaydı”.

"Unikal" xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında paytaxtda motosiklet sürücüsünü döyən vəzifəli şəxs - Sultan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib.

O bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir:

“Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”.

Qeyd edək ki, Sultan Dadaşovun Prezident Aparatında işlədiyi deyilir.

***

21:07

Paytaxtda "Lexus" markalı avtomobilin sürücüsü motosiklet sürücüsünü döyüb.

"Unikal"ın məlumatına görə, hadisə Mətbuat dairəsində qeydə alınıb.

Murad Salman adlı motosiklet sürücüsü ona yol verməyən "Lexus" sahibinə ani reaksiya verib.

Avtomobildən düşən şəxs M.Salmanı təhqir edərək onu döyüb.  

Motosiklet sürücüsü bununla bağlı aidiyyatı qurumlara müraciət etdiyini bildirib.

Ağarza Elçinoğlu