Azərbaycanda internet vasitəsilə narkotik satanları 12 ilədək həbs cəzası gözləyir.
"Unikal"ın xəbərinə görə, bu, parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.
Dəyişikliklərə əsasən, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Sənəd layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.
Anar Kəlbiyev