İranda ötən sutka ərzində 270 nəfər koronavirusa (COVID-19) yoluxub, 8 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 141 165 nəfərə, yoluxanların sayı isə 7 234 701 nəfərə çatıb. Virus daşıyıcılarından 916 nəfərin vəziyyəti ağır qiymətləndirilir.