Ukrayna Silahlı Qüvvələri Qara dənizdə Rusiyanın daha bir desant gəmisini məhv edib.
"Unikal" UNIAN-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, "Serna" tipli gəmi İlan adası sahillərində "Bayraktar TB2" pilotsuz uçuş aparatı vasitəsilə vurulub.
Onun içərisində 45 tonluq hərbi texnika və canlı qüvvəni boşaltmaq üçün adaya yan aldığı vurğulanıb.
Qeyd edək ki, bu il mayın 9-da İlan adası sahillərində Rusiyanın Qara Dəniz Donanmasının ənənəvi paradının keçirilməsi planlaşdırılır.
Ukrainian Bayraktar TB2 destroyed another Russian ship. This time the landing craft of the "Serna" project. The traditional parade of the russian Black Sea fleet on May 9 this year will be held near Snake Island - at the bottom of the sea. pic.twitter.com/WYEPywmAwX
— Defence of Ukraine (@DefenceU) May 7, 2022