12-13 may tarixlərində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Maliyyə-iqtisad fakültəsinin dekanı Hicran Mirzəyeva və İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi Lalə Cabbarlı Türkiyənin Manisa Celal Bayar Universitetində təşkil edilmiş “Beynəlxalq Qadın Araşdırmaları Simpoziumu”nda iştirak edib.
"Unikal" xəbər verir ki, iki gün davam edən simpozium maraqlı məruzələr və Manisa şəhərinin tarixi məkanlarının gəzintisi ilə yadda qalıb.