Şimali Koreyada (KXDR) ötən sutka yeni növ koronavirusdan 15 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Məlumata görə həkimlər 296 186 nəfərdə covid-19-a yoluxma müəyyən ediblər. Yoluxanların ümumi sayı 820 620 nəfərdir. Onlardan 324 min nəfəri müalicə olunaraq sağalıb. Ölənlərin ümumi sayı 42-yə çatıb.