Bu gün Livanda birpalatalı parlamentə seçkilər keçirilir.
"Unikal"-ın TASS-a istinadən verdiyi xəbərə görə, 128 deputat mandatı uğrunda 718 namizəd mübarizə aparır.
Namizədlərdən 118-i qadındır.
Yerli vaxtla saat 07.00-da açılan 7 minə yaxın seçki məntəqəsi saat 19.00-da bağlanacaq. 21 yaşdan yuxarı 3,7 milyon vətəndaş səsvermə hüququna malikdir.
Seçkilər proporsional seçki sistemi əsasında keçirilir. Bu da bütün əsas dini icmaların parlamentdə təmsil olunmasına imkan yaradır. Livanda konfessiyalar arasında razılaşmaya əsasən, Baş nazir sünni müsəlman, spiker şiə, Prezident isə yerli xristianlardan - maronit icmasından seçilir.