Ermənistanın Armavir vilayətinin Metsamor şəhərində mənzillərdən birində güclü yanğın baş verib.

"Unikal"ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, 2 yanğınsöndürmə briqadası hadisə yerinə yola düşüb.

Xilasedicilər binadan 39 nəfəri təxliyyə ediblər. Ölən və yaralananlar olmayıb.

Qeyd edək ki, Ermənistanın Atom Elektrik Stansiyası həmin şəhərdə yerləşir. 

Ağarza Elçinoğlu