Ermənistanda müxalifət İrəvan küçələri ilə növbəti axşam yürüşə başlayıb.

"Unikal" xarici KİV-ə istinadın xəbər verir ki, etirazlarda bir neçə min insan iştirak edir. Onları yüzlərlə polis əməkdaşı və onlarla patrul maşını müşayiət edir. Təhlükəsizliyi təmin etmək üçün aksiya iştirakçılarının hərəkətinə mane olmur, yolun hərəkət hissəsini nəqliyyatdan azad edir və aksiya iştirakçılarının yolundakı kəsişmələri bağlayırlar.

Qeyd edək ki, Ermənistanda bir neçə gündür ki, müddətsiz mitinqlər başlanılıb. 

Ağarza Elçinoğlu