Bir neçə ildən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT tərkibinə onlarla ölkə daxil olacaq.

"Unikal" "RİA Novosti"yə iatinadən xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin bildirib.

Onun sözlərinə görə, təşkilat rəngli inqilablar, terrorizm, narkotik ticarəti, insan alveri və bioloji təhlükələr kimi çağırışlara qarşı mübarizə fonunda inkişaf edəcək: "Düşünürəm ki, təşkilat genişlənəcək. Tezliklə dünya düzəninin necə dəyişəcəyini görəcəyik". 

Qeyd edək ki, hazırda KTMT-yə Rusiya və digər 5 ölkə daxildir. 

Ağarza Elçinoğlu