Rus Pravoslav Kilsəsi kompüter oyunlarını bir növ narkotik hesab edir.
"Unikal" xəbər verir ki, bu barədə "Rusiya 24" telekanalının efirində Xarici Kilsə Əlaqələri Sinodal Departamentinin rəhbəri Metropolitan Hilarion danışıb.
O, bütövlükdə kilsənin kompüter oyunlarına mənfi münasibət bəslədiyini izah edib, çünki onlar “insanı bir müddət normal vəziyyətindən çıxara, onu illüziya dünyasına sala” və asılılıq təhlükəsini daşıya bilirlər. Bu səbəbdən də o, qeyd edib ki, Rus Pravoslav Kilsəsi narkotiklərin istehsalında olduğu kimi kompüter oyunlarının yaradılmasında iştirak etmir.
Ağarza Elçinoğlu