Tacikistanın Dağlıq Bədəxşan muxtar vilayətində mütəşəkkil cinayətkar qrupa qarşı antiterror əməliyyatı keçirilir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, mayın 17-də mütəşəkkil cinayətkar qrup Tacikistanda ictimai-siyasi vəziyyəti gərginləşdirmək məqsədi ilə Dağlıq Bədəxşan Muxtar Vilayətinin Ruşan rayonunda Çinlə dövlət sərhədi boyu ərazidə yerləşən Düşənbə-Kulma beynəlxalq avtomobil yolunu qanunsuz olaraq bağlayıb.
Hüquq mühafizə orqanlarının “təslim ol” çağırışına qarşı onlar atəş açaraq cavab veriblər.