İranın İlam əyalətində silahlı naməlum şəxs dövlət idarəsində insanları girov götürüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxs insanlara atəş açaraq 4 nəfəri öldürüb, 5 nəfəri yaralayıb. Daha sonra o intihar edib.
Hadisə yerinə polis və təhlükəsizlik qüvvələri gəlib. Ölən və yaralanan şəxslərin idarənin işçiləri olduğu açıqlanıb.
Faktla bağlı araşdırma aparılır.