Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Çeyildağ qəsəbəsində səyyar qəbulu keçirilmişdir.
 "Unikal"
xəbər verir ki, qəbulda Çeyildağ qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının          rəhbərləri iştirak ediblər.
 Qobustan qəsəbə sakinləri onları narahat edən nəqliyyat məsələləri, asfalt örtüyünün salınması, su və kanalizasiya sistemində olan nasazlıqlardan olan narazılıqlarını rayon rəhbərinə çatdırmışdır. Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.
 Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.