İranın Xuzistan əyalətinin Abadan şəhərində on mərtəbəli binanın çökməsi nəticəsində ölən və xəsarət alanların sayı artıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin sayı 3 nəfərə çatıb, 24 nəfər isə xəsarət alıb.

***13:25

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Abadan şəhərində 10 mərtəbəli bina çöküb.

"Unikal" xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, hadisə yerinə 5 təcili yardım avtomobili və bir avtobus göndərilib.

O əlavə edib ki, hadisə nəticəsində indiyədək 1 nəfər ölüb, 7 nəfər yaralanıb.