Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi Rusiya qoşunlarının Zaporojye və Xerson vilayətlərinin işğal olunmuş ərazilərində polis rejimi yaratmaq cəhdləri barədə məlumat yayıb.
Bu barədə "Unikal" Strateji Kommunikasiyalar Departamentinin Facebook səhifəsinə istinadən xəbər verir.
Rus işğalçıları işğal etdikləri əraziləri “komendantlıqlar”ın köməyi ilə idarə etməyə çalışırlar:
"Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində inzibati-polis rejiminin tədbirləri davam etdirilir. Belə ki, mövcud məlumatlara əsasən, Xerson və Zaporojye vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində işğalçılar on doqquz qondarma komendantlıq yaradıblar", - məlumatda deyilir.
Ramil Zeynallı