“Meta” şirkətinin rəhbəri Mark Zukerberqə qarşı iddia qaldırılıb.
"Unikal" xəbər verir ki, iddia Kolumbiyanın baş prokuroru Karl Rasin tərəfindən irəli sürülüb.
Prokurorun sözlərinə görə, Zukerberq "Cambridge Analytica" şirkətinə "Facebook" sosial şəbəkəsinin istifadəçilərindən məlumat toplamaq imkanı verən qərarlarda birbaşa iştirak edib.
“Dəlillər göstərir ki, Zukerberq "Facebook"un öz istifadəçilərinin məxfiliyini və məlumatlarını qoruya bilmədiyi vəziyyətdə şəxsən iştirak edib", - deyə o qeyd edib.
Prokurorun fikrincə, məhkəmə iddiası nəinki əsaslı, həm də zəruridir.