Ukrayna prezidenti Volodimir Zelenski müharibənin dayandırılması məsələsini həll etmək üçün Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.
"Unikal" xəbər verir ki, V. Zelenski bunu Davosda (İsveçrə) Ukrayna Evində sual-cavab formatında çıxışı zamanı deyib.
"Onların dövlətdə elə bir qərar qəbuletmə strukturu var ki, onsuz heç bir qərar qəbul edilmir. Və biz bunu aydın şəkildə bilməliyik. Onların bütün institutlarını bir qərar birləşdirir - Rusiya Federasiyası Prezidentinin qərarı. Və söhbət müharibəni bitirmək üçün konkret qərardan gedir. O zaman bu qərar onsuz qəbul olunmayacaq”, - Zelenski vurğulayıb.
"Ona görə də mən Rusiya Federasiyasının prezidentindən başqa heç kimlə görüşü qəbul etmirəm".
Ramil Zeynallı