Ermənistan paytaxtında Nikol Paşinyan hökumətinin istefası tələbi ilə müxalifətin təşkil etdiyi itaətsizlik aksiyaları yenidən başlayıb.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, səhər saatlarında nümayişçilər şəhərdə nəqliyyatın hərəkətini iflic etmək üçün bir neçə küçəni bağlayıblar.
Xatırladaq ki, Ermənistanda mayın 2-dən etibarən "Müqavimət" hərəkətinin nümayəndələri Baş nazir istefası tələbi ilə itaətsizlik aksiyalarına başlayıblar.
Gülayə Mecid