Gədəbəydə bazarda satıcılar arasında dava olub.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları bazarında qeydə alınıb. Dava zamanı rayon sakini, 1973-cü il təvəllüdlü Bayramov Mehman Qələndər oğlu döş qəfəsindən bıçaqlanıb.
M.Bayramov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Hadisənin təfərrüatları hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.