Müğənni Niyam Salami qardaşı oğlunu övladlığa götürdüyünü deyib.
"Unikal" xəbər verir ki, bu haqda sənətçi "Şourum" proqramında deyib. Niyam aparıcı Afaq Gəncəlinin "Allah özünə övlad qismət etsin" sözlərinə isə sərt reaksiya verib:
"Lazım deyil, Allah eləməsin. O uşağı saxlaya bilməyəcəm, istədiyim kimi böyüdə bilməyəcəm. İndi uşaqların tərbiyəsindən xoşum gəlmir. Mənim verdiyim tərbiyə də yerində qalmır".