Ötən gecə baş tutan "ELLE Style Awards" mərasimində 2022-ci ilin ən yaxşı stilləri mükafatlandırılıb.
"Unikal" xəbər verir ki, gecədə Pınar Deniz, Hande Erçel, Edis, Boran Kuzum, Gülşen və Serenay Sarıkaya kimi adlar mükafat alıb.
Mərasimdə ən çox diqqət çəkən isə türkiyəli məşhurların geyimləri olub. Belə ki, stili ilə hər zaman diqqət mərkəzində olan müğənni Gülşənin geyimi tənqid hədəfinə çevrilib. Sosial şəbəkə istiofadəçiləri müğənnini tanımaqda çətinlik çəkdiklərini və geyiminin uyğunsuz olduğunu bildiriblər.